Yeni ilin sehrini hər kəs fərqli şəkildə yaşayır. Kimi ailə süfrəsi arxasında, kimi isə başqa bir ölkənin bayram işıqları altında. Əgər bu il özünü “Yeni ili başqa şəhərdə, başqa ab-havada qarşılayım” deyərkən tapırsansa, bu yazı sənin üçündür.
First Step Tourism sənin üçün dünyanın ən möhtəşəm 7 şəhərini seçib ki, 2026-cı ilin ilk saniyələri həm unudulmaz, həm də tam sənin zövqünə uyğun keçsin.
1. Paris, Fransa – Yeni ilin romantik paytaxtı
Eyfel qülləsi, Şanzelize prospekti və minlərlə işıq dənizi… Parisdə Yeni il bir nağıl kimidir. Qüllə üzərində fişənglər partlayarkən ətrafdakı musiqi və isti şokolad qoxusu sanki səni film səhnəsinə salacaq
Paris Yeni il turu həm romantiklər, həm də həyatında yeni səhifə açmaq istəyənlər üçün idealdır.
2. Praqa, Çexiya – Qış nağılının şəhəri
Qarlı küçələr, Karl körpüsü və Orloj saatı ilə Praqa sanki qış kartpostalına çevrilir. Burada Yeni il gecəsi Vltava çayı üzərində fişəng şousu ilə başlayır.
Sakit, mədəni və sehrli atmosfer axtaranlar üçün Praqa Yeni il turu mükəmməl seçimdir.
3. Roma, İtaliya – Tarixi yerlərdə bayram
Roma küçələrində qədim abidələr işıqlandırılır, meydanlarda canlı musiqilər səslənir. Yeni ili Kolosseumun ətrafında qarşılamaq həm unikal, həm də nostalji bir hiss yaradır.
İtaliya turları sənə həm mədəniyyət, həm də bayram enerjisi bəxş edəcək.
4. Tbilisi, Gürcüstan – Yaxın, amma imisti
Yaxın məsafə, vizasız səyahət və mükəmməl qonaqpərvərlik. Rustaveli prospektindəki işıqlar, Narikala qalasından görünən fişənglər, hər şey isti və doğma gəlir.
Tbilisi Yeni il turu həm rahat, həm də əyləncəli istirahət arzulayanlar üçündür.
5. Dubay, Birləşmiş Ərəb Əmirlikləri – Lüks və möhtəşəmlik
Burj Khalifa üzərindəki fişənglər, səhrada Yeni il şam yeməyi və sonsuz alış-veriş imkanları…
Əgər “Yeni ili fərqli və təmtəraqlı şəkildə qarşılamaq istəyirəm” deyirsənsə, Dubay Yeni il turu sənin üçündür. İsti hava və enerji dolu atmosfer səni gözləyir.
6. Bangkok, Tailand – Tropik Yeni il
Qışın soyuğundan uzaq, enerjili, rəngli və tropik bir atmosferdə Yeni il. Bangkokun küçələrində musiqi, Tay mətbəxinin qoxusu və Chao Phraya çayı üzərindəki fişənglər sanki cənnəti xatırladır.
Tailand turları ilə ilin ilk gününə ekzotik başlanğıc edə bilərsən.
7. İstanbul, Türkiyə – Qonşuluqda böyük bayram
Vizasız, yaxın və hər zövqə uyğun! Bosfor sahilində Yeni il şousu, Qalata qülləsi fonunda fişənglər və türk mətbəxinin ətri. Bu şəhər hər zövqə uyğun əyləncə tapa bilərsən.
İstanbul Yeni il turu həm cütlüklər, həm dost qrupları, həm də ailələr üçün ideal variantdır.
Yeni ilə səyahətlə başla
Yeni il yeni başlanğıc deməkdir. Hər səyahət isə bu başlanğıcı daha mənalı edir.
First Step Tourism ilə Yeni ili dünyanın istənilən nöqtəsində qarşılamaq indi çox asandır:
- Səyahət planını bizə etibar et
- Uçuş və otel seçimlərini biz həll edək
- Sən isə sadəcə xatirələr topla
Yeni ili unudulmaz etmək üçün elə indi bizimlə əlaqə saxla! Sənə ən uyğun istiqaməti seçmək, tur paketlərini müqayisə etmək və səyahətini rahat planlaşdırmaq üçün First Step Tourism komandası həmişə yanındadır. Bizimlə [email protected] ünvanına yaza, +994 55 550 24 70 nömrəsi ilə əlaqə saxlaya və ya sadəcə WhatsApp vasitəsilə əlaqə yarada bilərsən. Sənin üçün ən uyğun Yeni il turunu birgə planlaşdıra bilərik 😊
SƏN HƏLƏ MƏNİ OXUMAMISAN:
Tur paketləri necə seçilməlidir?

