Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

Yeni evlənənlər üçün ən dəbdə olan bal ayı istiqamətləri

Dubay bal ayı

Toyunuzun yaratdığı həyəcanı geridə qoyub bir yerdə sizə məxsus romantik vaxt keçirmək istəyirsizsə düzgün istiqamətin təyini ilə həyatınızın bu ilk anlarını ömürboyu yaddaqalan edə bilərsiniz. Bal ayı sizin üçün yalnız istirahət deyil, birgə addımlayacağınız bu yolda xoş anlarla hər zaman xatırlayacağınız bir zaman dilimi olacaq. Beləliklə, sizin üçün zövqünüzə və xarakterinizə uyğun olaraq ən romantik, populyar və fərqli bal ayı istiqamətlərini təklif edirik:

Sakit və tropik bal ayı istiqamətləri

Bal ayı dedikdə xəyalınızda bütün qayğılardan uzaq sakit-səssiz, təbiətlə əlaqədə bir istirahət canlanırsa bu zaman sizin uyğun seçim kimi Maldiv adaları, Seyşel adalarıMavriki istiqamətlərini təklif edə bilərik. Su üzərində qurulmuş villalar ilə birbaşa dənizə açılan qapı və sevdiyiniz insanla birgə tam məxfi istirahət üçün Maldiv adaları ən populyar istiqamət olaraq bilinir. Seyşel adaları da özünün ağ qumlu çimərlikləri, təmiz havası ilə yeni evlənənlərin seçimləri içərisinə daxildir. Heç şübhəsiz Mavriki tropik adaları Maldiv və Seyşel adaları kimi sizə rəngarəng təbiətlə, lüks hotelləri ilə bal ayınızı xüsusiləşdirməyə yeni həyatınıza daha sakit başlamağınıza imkan yaradacaqdır.

Mavriki adaları Seyşel adaları Maldiv adaları

Avropa şəhərlərində romantik bal ayı

Daha canlı bir bal ayı planlayırsızsa Avropa şəhərlərinə təşkil olunan ən populyar səyahət istiqamətlərini dəyərləndirə bilərsiniz. Belə ki, ağla gələn ilk şəhər romantikanın beşiyi olan Paris olacaqdır. Siz burada Eyfel qülləsini ziyarət edə, Sena çayı boyunca gəzintilər təşkil edə və kiçik kafelərdə qəhvə içərək həyatını bir ömür sizinlə keçirməyi qəbul edən insanla nağıl kimi bir bal ayı keçirə bilərsiniz. Əgər tarix sizi həyəcanlandırırsa və müxtəlif təamlar dadmaq istəyirsizsə Roma və Florensiya şəhərlərinə səyahətiniz sizdə dərin duyğular yaradacaqdır. Orta əsr ab-havası ilə Praqa şəhəri sizi cəlb edəcək. Musiqi zövqünüz, klassik müsiqiyə olan marağınızla siz özünüzü Vyanada tapacaqsınız.

Praqa şəhəri Roma şəhəri Eyfel qülləsi Paris

Komfort və büdcə balansını ön planda tutan bal ayı istiqamətləri

Əgər bal ayı planlaşdırarkən həm büdcə amilinə, həm də rahatlıq və komfort səviyyəsinə xüsusi önəm verirsinizsə, bu halda kütləvi şəkildə tanınmış və turizm infrastrukturu yüksək səviyyədə inkişaf etmiş istiqamətlər sizin üçün daha məqsədəuyğun seçim hesab oluna bilər. Belə məkanlar xidmət keyfiyyəti, əlçatan qiymət aralığı və müxtəlif istirahət imkanları ilə seçilir. Bu baxımdan Antalya bölgəsində yerləşən ultra all inclusive hotellər bal ayı üçün ən çox seçilən alternativlərdən biridir. Burada qonaqların bütün ehtiyaclarının əvvəlcədən nəzərə alınması, yüksək səviyyəli xidmət, istirahət və əyləncə imkanlarının bir məkanda cəmlənməsi rahat və stresssiz bal ayı keçirməyə şərait yaradır. Daha sakit və romantik atmosferə üstünlük verənlər üçün Bodrum və Fethiye bölgələri xüsusi əhəmiyyət kəsb edir. Təbiətlə iç-içə yerləşən butik hotellər, dəniz mənzərəsi və sakit mühit bu məkanları romantik bal ayı üçün cəlbedici edir. Santorini adası isə estetik və vizual romantikanı ön planda tutan cütlüklər üçün ideal istiqamət hesab olunur. Ağ evlər fonunda günbatımını izləmək, dənizlə səmanın birləşdiyi mənzərələr bal ayını emosional və yaddaqalan edir. Müasirlik və lüksü bir arada yaşamaq istəyənlər üçün isə Dubay fərqli imkanlar təqdim edir. Burada yüksək səviyyəli hotellər, geniş alış-veriş imkanları və səhra safari turları bal ayını həm komfortlu, həm də müxtəlif təcrübələrlə zənginləşdirir.

Dubay bal ayı Santorini bal ayı Antalya bal ayı

Ekzotik və fərqli bal ayı təcrübələri

Bal ayını klassik istirahət anlayışından kənara çıxaraq daha ekzotik, fərqli və yaddaqalan təcrübə kimi yaşamaq istəyən cütlüklər üçün bəzi istiqamətlər xüsusi əhəmiyyət daşıyır. Bu məkanlar təbiəti və təqdim etdikləri mədəni, emosional və estetik imkanlarla seçilir. Spa mərkəzləri və yoqa seansları ilə tanınan Bali daxili rahatlıq və sakitlik axtaranlar üçün idealdır. Burada tropik təbiət fonunda keçirilən istirahət bal ayını həm fiziki, həm də mənəvi baxımdan rahatladıcı bir təcrübəyə çevirir. Tayland, xüsusilə Phuket və Krabi bölgələri, geniş çimərlikləri, canlı gecə həyatı və zəngin ekzotik mətbəxi ilə bal ayına rəng qatır. Bu istiqamət istirahət və əyləncəni bir arada yaşamaq istəyənlər üçün cəlbedici seçimdir. Təbiətlə sıx təmas qurmaq istəyənlər üçün Şri-Lanka yaşıl çay plantasiyaları, toxunulmamış təbiəti və safari imkanları ilə seçilir. Burada bal ayı daha çox kəşf və macəra xarakteri daşıyır. Kuba isə isti və enerjili ab-havası ilə fərqlənir. Salsa ritmləri, retro avtomobillər və səmimi mühit bal ayına emosional canlılıq və romantika bəxş edir.

Kuba bal ayı Şri lanka bal ayı Phuket bal ayı

Qışda bal ayı sevənlər üçün alternativ istiqamətlər

İsti günəş şüalarından və qumlu çimərliklərdən uzaq ağappaq və soyuq bir bal ayı həvəskarı olanlar üçün ən dəbdə olan istiqamətlər İsveçrənin Zernatt bölgəsinə, Finlandiyada Laplandiya, Gürcüstanın Gudauri bölgəsinə səyahət planı daha məqsədəuyğun hesab olunur. Müvafiq olaraq siz bal ayı ərzində Alp dağlarında xizək sürə, şimal işıqlarını birlikdə izləyərək meşə gəzintiləri edə, daha yaxın və əlçatan təmiz havası ilə qış bal ayınızın rahat və romantik keçməsini təşkil edə bilərsiniz.

Beləliklə, xoş anlarla dolu stressiz və rahat bir bal ayı keçirmək üçün ilk olaraq zövqünüzə uyğun və populyar bal ayı istiqamərlərini təyin etmək sizə öncədən üstünlük yaradacaqdır. Digər fikir verməli olduğunuz məqamlara səyahətinizin müddəti, viza məslələri, mövsümə uyğunluq, ən əsası büdcənizin təyin edilməsidir. Bunları nəzərə alaraq düzgün planlaşdırılmış bal ayı səyahəti sizin sevgi dolu xatirələrinizin ən gözəl başlanğıcıdır.

Zövqünüzə, büdcənizə və xəyal etdiyiniz romantikaya uyğun ən ideal bal ayı istiqamətini peşəkar şəkildə planlamaq üçün bizimlə əlaqə saxlayın.
Unudulmaz başlanğıc üçün ilk addımı indi atın.

 

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Xarici pasport almaq üçün ilk dəfə müraciət edənlər üçün bələdçi

 

Şərh buraxın