Müasir dövrün ən böyük problemlərindən biri valideynlərin uşaqları ilə vaxt keçirməsində yaranan çətinliklərdir. Bu çətinlikləri aradan qaldırmaq və uşaqlarınızla olan bağlılığınızı artırmaq istəyirsizə onlarla səyahət etməyi həll yolu kimi görə bilərsiniz. Uşaqlarla səyahət etməyi bəzi valideynlər çətin olduğunu hesab etsə də bu səyahətlər uşaqlarınızda əvəzolunmaz təcrübələr yaşamağına imkan yaradır. Uşaqlarla səyahət etməkdə bir sıra müsbət və mənfi hallarla qarşılaşa bilirik. Bunları üstün və mənfi cəhətlər olaraq sizlərə təqdim edirik.
Uşaqla səyahət etməyin üstün cəhətləri
Bu zaman gündəlik həyat qayğılarından uzaqlaşaraq uşaqlarınızla keçirdiyiniz vaxt ailə bağlarınızın möhkəmlənməsinə şərait yaradır. Həmçinin uşağınızın fərqli mədəniyyətlərlə tanış olması, insanlarla ünsiyyəti onun dünyagörüşünün genişlənməsinə səbəb olur. Uşaqlar bu səyahətlər ərzində özlərini daha müstəqil hiss edir və özlərinə qarşı olan inam hissini gücləndirirlər. Səyahət etdikləri ölkələrin tarixi, təbii şəraiti uşaqlarınızda təhsil baxımından faydalı olur.
Uşaqla səyahət etməyin mənfi tərəfləri
Bu cəhətləri çox da hallandırmaq istəməsək də uşaqla səyahət zamanı nəzərə almağınız üçün vacib məsələlər içərisindədirlər. Səyahət zamanı yorğunluq və rejim pozuntusu ilə qarşılaşa bilər, fərqli mühitlə qarşılaşdığınız üçün sağlamlıq problemləri yarana bilər. Eyni zamanda xərcləriniz arta və sizin azadlığınız məhdudlaşa bilər. Ancaq bu amillər sizə səyahətinizi düzgün planlaşdırmaqda kömək edəcəkdir.
Səyahət etmək hər baxımdan əyləncəli olsa da uşaqla səyahət etmək bəzi valideynlər üçün həyəcanverici, digərləri üçün qorxuducu ola bilər. Lakin düzgün ölkə və istiqamət seçimi bu səyahəti unudulmaz xatirələrlə yaşamağınıza imkan verir. Uşaqlarla səyahət edərkən diqqət etməli olduğunuz bır sıra məsələlər var. Yüksək təhlükəsizlik, rahat nəqliyyat xidmətləri, uşaqlara yönəlik əyləncə imkanları və eyni zamanda sizin də istirahətiniz üçün təklif olunan seçimlər. Bu baxımdan sizə uşaqlarınızla səyahətinizi maraqlı etmək üçün ölkələri təqdim edirik.
Hollandiya, Amsterdam
Gecə həyatı ilə tanınmağına baxmayaraq Amsterdam uşaq dostu bir şəhər olaraq seçim siyahınıza daxil ola bilər. Geniş yaşıl parklar, kanallarda qayıq turları, interaktiv muzeylər uşaqlar üçün maraqlı və əyləncəlidir. Səyahət marşurutunuza Vondelpark, NEMO Science Museum, Tropenmuseum, Micropia, Hortus Botanicus və Efteling əyləncə parkını əlavə edə bilərsiniz. Xüsusilə NEMO Science Museum uşaqların fizika qanunlarını təcrübə yolu ilə öyrənə biləcəyi əsl kəşf məkanıdır.

Fransa, Paris
Əsas cazibə mərkəzi olan Disneyland-in burada yerləşməsi istirahət baxımından buranı ailələr üçün ideal seçim halına gətirir. Paris səyahəti zamanı gününüzün birini Disneyland-a ayırmağınız məsləhət görülür. Marne-la-Vallée bögəsində yerləşməklə paytaxtdan 35-40 dəqiqəlik məsafədədir və RER A qatarı ilə rahat səyahət edə bilərsiniz. Disneyland haqqında bilməniz lazım olan digər bir məlumat buranın iki parkdan ibarət olmasıdır. Disneyland Park və Walt Disney Studios Park. Parka giriş biletləri mövsümdən asılı olduğu üçün səyahətinizi əvvəlcədən planlamaq daha məqsədəuyğundur.

İspaniya, Valensiya
Yay aylarında isti dənizi, məşhur zooparkları və muzeyləri ilə uşaqlarınızla səyahəti əlverişli hala gətirir. Uşaqlarla səyahət edən ailələr üçün şəhər maraqlı məkanları ilə seçilir. Valensiya Bioparkı, Gulliver Park, Natural Science Museum of Valencia, Museo Fallero, Museu de les Ciències Príncipe Felipe və L’Oceanogràfic. Dünya üzrə dördüncü, Avropanın isə ən böyük akvariumu olan L’Oceanogràfic turistlərin ən çox səyahət etdiyi məkanlardandır.

İngiltərə, London
Uşaqlarınızın marağını çəkəcək məkanlar London Eye və Big Ben əsas turistlik məkanlardandır. Dinosaur Lake ətrafında yerləşən metal dinozavr fiqurları uşaqlarda Crystal Palace Parkına xüsusi maraq yaradır. Həmçinin Harry Potter fanları üçün Hertfordshire bölgəsindəki Harry Potter Studiosunu ziyarət etmək onlarda yaddaqalan təcrübə olacaqdır.

Finlandiya, Rovaniemi
Yeni ilin yaxınlaşdığı bu dövrdə Laplandiyanın məşhur şəhəri olan Rovaniemini uşaqlarınızla səyahət edərək Santa Claus-un evini ziyarət edə, husky xizəkləri, marallar və qütb ayıları ilə tanış ola bilərsiniz. Bu səyahətinizi unudulmaz edən əsas məqamlardan biri qütb parıltılarını (aurora borealis) canlı izləmək olacaqdır.

Bəə, Dubay
Ən uyğun səyahət dövrü temperatur şəraitinin 20-25 dərəcə arasında dəyişdiyi yanvar-fevral ayları çoxsaylı atraksionları ilə uşaqlarınızla səyahət edə bilcəyiniz digər bir seçim ola bilər. Səhrada safari turları, dünyanın ən böyük akvariumu olan Dubai Mall-dakı Dubai Aquarium və Atlantis Palm-da yerləşən The Lost Chambers ailənizlə vaxt keçirmək üçün ideal turistlik məkanlardandır.

Türkiyə, İstanbul
Vizasız səyahət və uşaqlarla vaxt keçirməyiniz üçün çoxsaylı turizm marşurutları ilə seçilir. Ən məşhur və görüləsi yerlər: Topqapı Sarayı, Rahmi Koç Muzeyi, Pelit Şokolad Muzeyi, İstanbul Oyuncaq Muzeyi, İstanbul Akvariumu, Miniatürk, Darıca Zoo Park, Vialand (İstanbul) atraksiyon parkı. Xüsusilə Vialand ailələr üçün həm əyləncə, həm də alış-veriş imkanı təqdim edir.

Əlavə olaraq sizə Almaniyanın Rust şəəhərindəki Europa Park– Avropada Disneylanddan sonrakı ən böyük atraksion parkını, Danimarka Billund- Legoland mini şəhərini, Avstriya Vyana – Təbiət Tarixi Muzeyi (Naturhistorisches Museum) və Kəpənək Evi (Butterfly House) seçimləriniz içərisində uşaqlarla səyahət zamanı dəyərləndirməyi məsləhət görə bilərik.
Uşaqlarınızla unudulmaz xatirələr yaşamaq və səyahətinizi stresssiz planlamaq istəyirsiniz? Biz sizin üçün ailə dostu marşrutlar, təhlükəsiz istiqamətlər və uşaqlara uyğun hotel seçimləri hazırlaya bilərik.
👉 İndi bizimlə əlaqə saxlayın və ailəniz üçün ideal səyahət planını birlikdə quraq!
SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: 2026-cı ildə Vizasız Səyahət | Azərbaycanlılar üçün 5 Ölkə

