Kanada çoxmillətli və yüksək həyat səviyyəli ölkə kimi, immiqrasiya baxımından dünya ölkələri arasında ön sıralarda yer alır. Əgər siz də Kanadaya köçərək orada daimi yaşayış (PR) planlayırsınızsa, bilmək vacibdir ki, Kanadaya immiqrasiya üçün bir neçə rəsmi yol mövcuddur. Hər bir proqramun öz tələbləri, üstünlükləri və müraciət şərtləri var.
Aşağıda Kanadaya immiqrasiya ilə bağlı əsas yollar və proqramlarla tanış olmağınız üçün bəzi proqram haqqında qısa ümumi məlumat təqdim edirik.
Əsas İmmiqrasiya Proqramları
Express Entry
- Express Entry Kanada hökumətinin iqtisadi kateqoriya (skilled-worker / ixtisaslı işçilər) üzrə daimi yaşayış üçün müraciət sistemidir.
Bu sistem üç əsas proqramı əhatə edir:
-
- Federal Skilled Worker Program (ixtisaslı işçilər)
- Federal Skilled Trades Program (peşəkar işçi-peşə sahələri)
- Canadian Experience Class (Kanadada iş və təcrübəsi olan xaricilər)
Müraciət prosesində namizədlər dil biliyi, təhsil, iş təcrübəsi, yaş və başqa kriteriyalar üzrə ballarla qiymətləndirilir (CRS — Comprehensive Ranking System). Yüksək bal alanlara “Invitation to Apply” göndərilir.
Express Entry statusu olan şəxslər üçün müraciətə dəvət gəldikdən sonra daimi yaşayış üçün ərizə göndərmək mümkündür.
Provincial Nominee Program (PNP)
Hər bir Kanada əyaləti (province / territory) öz iqtisadi və əmək bazarı ehtiyaclarına uyğun olaraq xarici vətəndaşları nominasiya edə bilər. PNP – bu nominasiya sistemi vasitəsilə daimi yaşayış icazəsi (PR) almaq imkanı verir.
PNP vasitəsilə nominasiya alan namizədlər adətən əlavə 600 balla Express Entry sistemində prioritet qazanırlar ki, bu da onların daimi yaşayış alma şansını xeyli artırır.
PNP-lər müxtəlif kateqoriyalarda ola bilər, ixtisaslı işçilər, beynəlxalq məzunlar, sahibkarlar və s. Məsələn, əyalətlərdən biri olan Alberta Advantage Immigration Program (AAIP) sahibkarları və ixtisaslı işçiləri qəbul edir.
Family Sponsorship (Ailə Sponsorluğu)
Əgər sizin və ya yaxınlarınızın Kanadada daimi yaşayış və ya vətəndaşlıq statusu varsa, onlar sizin üçün müraciət edərək sizi sponsor edə bilər. Bu yol ailə bağlarının qorunmasına yönəlib.
Family Sponsorship ixtisas və təcrübədən asılı olmayaraq, yaxın ailə üzvlərinin – həyat yoldaşı, uşaqlar, valideynlər və s. bir araya gəlməsi üçün nəzərdə tutulur.
Digər Proqramlar və İqtisadi/Regional Seçimlər
- Kanadada sahibkar və investorlar üçün ayrıca imkanlar (məsələn, regional proqramlar, əyalətlərin biznes kanalları və s.) mövcud ola bilər.
- Həmçinin, bəzi ixtisas sahələrində peşəkar bacarıq, təcrübə, tələbat olan sahələr üzrə — xüsusi proqrmlar və “əyalət nominasiya” sistemləri var. Məsələn, Saskatchewan Immigrant Nominee Program (SINP) bu tip proqramlardan biridir.
Kanadaya immiqrasiya ilə bağlı ümumi məlumatlar niyə vacibdir?
- Çünki “immiqrasiya” viza almaqdan qat-qat çətin prosedurdur; bu, sizin təhsiliniz, iş təcrübəniz, dil bilikləriniz, ailə vəziyyətiniz və məqsədlərinizlə sıx bağlıdır. Hər proqramın öz tələbləri var.
- Bu ümumi məlumatlar sayəsində siz ilkin olaraq hansı yolla müraciət edə biləcəyinizi anlayacaqsınız. Sonrakı yazılarda isə hər proqram üzrə tələb olunan şərtlər, sənədlər, müddətlər, üstünlüklər və çatışmazlıqlar kimi detallar haqqında məlumat əldə edəcəksiniz.
Proses boyunca sizə yalnız yerli komanda deyil, həm də Kanadada fəaliyyət göstərən, sertifikatlı və təcrübəli immiqrasiya mütəxəssisləri dəstək olacaq. Bu, müraciətinizin rəsmi tələblərə tam uyğun, səhvsiz və daha yüksək uğur şansı ilə hazırlanmasına kömək edir.
Bütün komandamızla hər addımda sizə rəhbərlik edərək immiqrasiya prosesinizdə – proqram seçimi, sənədlərin hazırlanması, ərizə prosesinin aparılması və digər – dəstək olacağıq.
Kanadada yeni həyat planlayırsınızsa ilk addımınızı buradan atın!
SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına Daxil Edilmiş Azərbaycan Yeməkləri

