Bildiyimiz kimi viza xarici vətəndaşlara ölkəyə turizm, iş, təhsil, yaşayış və digər məqsədlərlə daxil olmasına, qalmasına, tranzit etməsinə, çıxmasına icazə verən adətən möhürlü və ya şəkil formasında müəyyən şərt, müddət və giriş sayına görə verilən sənəddir. Vizanın müxtəlif növləri olsa da bizim üçün ən vacibi turist vizasının əldə edilməsi və bu zaman imtina almamaq üçün hansı məsələlərə diqqət edilməsidir. Ən çox müraciət edilən turist vizaları içərisində Şengen Turist Vizası yer aldığı üçün bunun üzərində bütün vacib məsələləri nəzərdən keçirək:
1. Sənədlərin tam və düzgün olması ilk şərtlərdəndir
Vizadan imtina almamaq üçün lazım olan sənədlər paketinə daxildir:
- xarici pasport (ən azı 6 ay etibarlı olmalı və 2 boş səhifə mövcud olmalıdır);
- düzgün doldurulmuş şengen viza anketi;
- 2 ədəd bimetrik foto;
- real və ya ləğv edilə bilən hotel bronu;
- aviabilet bronu (ödənilmiş olması vacib deyil);
- minimum 30.000 avro səyahət sığortası;
- iş yerindən arayış;
- son 3-6 ay ərzində bank çıxarışı;
- şəxsiyyət vəsiqsəsinin surəti.
2. Bank hesabından çıxarış
Vizadan imtina almaq istəmirsizsə diqqət etməli olduğunuz ən vacib hissə bank hesabınızdır. Belə ki, imtinaların yüksək faizi bu səbəbdən baş verir. Bank hesabınızdakı məbləğ gün sayına görə minimum 7 gün üçün 2500-3000 AZN, 10 gün üçün 3500-4000 AZN civarında olmalıdır. Hesabınıza yatırılan məbləğ son bir-iki günü əhatə etməməli, hesabınızda dövriyyə görülməlidir. İşləyən vətəndaşlar üçün maaş kartı və iş yerindən arayış əldə edilməlidir.
3. İş yerindən arayış
İş yerindən arayış həmin şəxsin sosial və peşəkar vəziyyəti haqqında viza verən tərəfdə aydın təsəvvür yaratmaqla səyahətin sonunda şəxsin yenidən öz ölkəsinə qayıdacağına dair inam formalaşdırır. Arayış təqdim olunarkən sənəddə şəxsin tutduğu vəzifə və işə başlama tarixi, həmçinin aylıq əmək haqqı düzgün qeyd ediməlidir. Belə olduğu halda vizaya müraciət edən şəxsin daimi və sabit iş yerinə malik olduğu sübut olunur. Arayış səyahət dövrünü əhatə etməli, iş yerindən rəsmi icazənin olduğu qeyd edilməli, rəsmi formada hazırlanaraq müəsisənin möhrü ilə təsdiqlənməli, əlaqə məlumatları verilməlidir.
4. Geri dönüş üçün bağların olması
Geri qayıdış bağlarının olması vizaya müraciət zamanı sizə üstünlük yaradacaqdır. Bu zaman adınıza olan ev və ya torpaq mülkiyyəti sizin yaşadığınız ölkədə maddi və hüquqi öhdəliklərinizin olduğunu göstərir. Evli və azyaşlı uşaqlarınızın olması da sizin ailə münasibətlərinizin möhkəmliyinə işarə edərək öz ölkənizi tərk edib qeyri-qanuni şəkildə qalma ehtimalınızı aşağı salır.
5. Sadə, aydın və məntiqli səyahət planı
Vizadan imitina almaq istəmirsizsə diqqət etməli olduğunuz ən vacib digər məsələ səyahət planınızın olmasıdır. Sadə, aydın və məntiqli səyahət planınızın olması ilk viza müraciətinizin uğurlu olmasına zəmin yaradır. Belə ki, qarışıq və qeyri- real marşurut tərtibi viza məmurlarında sizə qarşı şübhə yarada və imtina riskinizi artıra bilər. Bu zaman viza üçün bir ölkənin seçilməsi və səyahətinizin 7-10 günü əhatə etməsi daha məqsədəuyğun hesab olunur. Əks halda 4-5 ölkəyə ziyarət və 20-30 günlük səyahət planı sizin geri qayıdışınızla bağlı qarşı tərəfdə mənfi düşüncələrin yaranmasına səbəb ola bilər.
6. Müsahibə zamanı səmimilik
Vizaya müraciət zamanı konsulluq müsahibəsi dəyərləndirilə bilər. Bu zaman siz səyahətinizin turizm məqsədi daşıdığını, görməli yerlərə ziyarət, gəzinti kimi ifadələrdən istifadə edərək müsahibəni götürən şəxslə sadə dialoqda olmalısınız. Qalmaq, iş tapmaq, dəvət əsasında getmək kimi ifadələrə müraciət etdikdə bu konsulluq nümayəndəsində sizin səyahətnizlə bağlı şübhələrin yaranmasına və vizadan imtina almağınızı gücləndirə bilər. Həmçinin müsahibə zamanı sizdən istənilən sənədlərin təqdim edilməsi kifayət edəcəkdir.
7. Öncəki səfərlər zamanı qaydalara riayət
Bu bənd keçmiş viza tarixçəsi olan şəxslər üçün diqqət etməli olduqları şərtlər içərisindədir. Əgər daha öncə səyahət etmisinizsə səyahətiniz viza orqanları tərəfindən araşdırıla, miqrasiya və viza qaydalarına nə dərəcədə riayət etdiyiniz nəzərdən keçirilə bilər. Bu zaman sizin səyahətinizdə hər hansı bir qeyri-qanuni qalma halı müşahidə olunarsa və yaxud miqrasiya pozuntularına yol vermisinizsə viza almaq riskiniz artmış olacaqdır. Əgər səyahətlərinizin davamlı olmağınızı istəyirsinizsə bu məsələlər göz önündə olmalıdır.
Beləliklə vizaya müraciətiniz uğurlu nəticələnməyi sizin bu səhvləri etməməyinizdən asılıdır: bank balansınızın zəif olması, son anda pul yatırmalarının olması, yalan və şişirdilmiş məlumatların olması, iş yeriniz haqqında qeyri-rəsmi məlumatlar və ilk viza müriciətiniz zamanı riskli ölkə seçimi.
Vizaya müraciət prosesində riskləri minimuma endirmək və imtina ehtimalını azaltmaq istəyirsinizsə, sənədlərinizi peşəkar şəkildə hazırlamaq vacibdir. Turist vizası müraciətinizin düzgün və təhlükəsiz şəkildə icrası üçün bizə müraciət edin, viza prosesinizi şans əsasında yox, doğru strategiya ilə həyata keçirin.
SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Yeni evlənənlər üçün ən dəbdə olan bal ayı istiqamətləri

